Dermatovenerologiya

30.07.2020Xidmət və avadanlıq

Yüksək intensivlikli Lazer Terapiyası və ya HİLT- terapiya (ing

Yüksək intensivlikli Lazer Terapiyası və ya HİLT- terapiya (ing. HILT – High Energy Laser Therapy) qısamüddətli pulsasiyaedici impulslar hesabına toxumalara qızdırıcı təsir yaratmayaraq, fotomexaniki dalğavari təsir göstərir.

Lazer şüası toxumaların daha dərin qatlarına təsir edir və qısa müddət ərzində yüksək kliniki effekt əldə etməyə kömək edir. Lazer terapiyası oynağın müxtəlif travmalar və degenerativ xəstəlikləri zamanı ağrıkəsici, qeyri-invaziv, dərhal və effektiv təsir göstərir. Lazer şüalarının təsiri nəticəsində hüceyrələrdə ribonukleaza turşusunun səviyyəsi artır, hüceyrələrdə mitoxondrilərin aktivliyi artır, maddələr mübadiləsi və sintez prosesləri sürətlənir, ATF-in səviyyəsi artır, hüceyrələrin sinir təchizatı bərpa olunur. Lazer şüası dərialtı ağrı reseptorlarına qədər siraət edərək ağrı impulslarını blokada edir.

HİLT- terapiyanın təsiri

Fotokimyəvi, fotomexaniki və fototermiki təsir mexanizminə malikdir. Bu terapiya həmçinin iltihabəleyhinə və biostimulləşdirici gücə də malikdir, qığırdaqların bərpaedici terapiyasında çox effektiv təsir göstərir.

Təsir mexanizmi

Oynaqlarda iltihabi azaldib bərpaedici prosesləri surətləndirməəkdən ibarətdir. Əzələlərdə analgetik effect yaradaraq kontrakturanı aradan qaldirir. Qan və limfa sisteminə olan təsiri toxumalarin qidalı maddələrlə təcizatinini gucləndirərək maye reabsorbsiyasini artırmaqla izah olunur.

Laser Terapiyası həm kəskin travmatik zədələnmələr zamanı, həm də oynaqların xroniki xəstəlikləri və degenerativ dəyişiklikləri zamanı istifadə edilə bilər.

Göstərişlər

  • Əzələ Yırtıqları
  • Artroz
  • Qığırdaqlarda Gedən Degenerativ • Dəyişkənliklər
  • Vətərlərin Dartınması
  • Osteoartrit
  • Oynaqlarin Degenerativ
  • Zədələnməsi
  • Əzələ Spazmı
  • Bursit
  • Artrit
  • Sinovit
  • Kapsulit
  • Travmatik Epikondilit (Tenisci dirsəyi)
  • Ağrılı Trigger Nöqtələri
  • Oynaqlarda Müxtəlif Ağrılar
  • Tendenit Və Tenosinovit
  • Idman Travmalari Və
  • Xondropatiyalar

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.