08.02.2020Sağlamlıq məqalələri

Yanlış: Ürək-damar xəstəlikləri sadəcə kişilərdə rast gəlinir

Doğru: Uzun müddətdir ki, ürək-damar xəstəliklərindən həyatını itirən qadınların sayı kişilərlə nisbətdə daha çoxdur. Ürək-damar xəstəlikləri kişilərlə yanaşı 65 yaşdan yuxarı qadınlarda rast gəlinən xəstəliklərdəndir.

Yanlış: İnfarkt olduqdan sonra idman edilməməlidir.

Doğru: Kardioloqun məsləhəti ilə ən qısa müddətdə infarkt keçirmiş xəstələr üçün xüsusi məşq planı hazırlanmalıdır. Tədqiqatlar göstərir ki, mütəmadi fiziki aktivlik və sağlam həyat tərzi infarktdan sonrakı yaşam müddətinə müsbət təsir edir.

Yanlış: Ailədə ürək-damar xəstəlik tarixçəsi yoxdursa, infarkt riski də yoxdur.

Doğru: Ailədə ürək-damar xəstəliyi tarixçəsinin olması xəstəliyə tutulma riskini iki dəfə artırır. Ancaq bununla yanaşı, yüksək təzyiq, diabet, siqaret, çəki artıqlığı və hərəkətsiz həyat tərzi ürək-damar xəstəliklərinə geniş şərait yaradır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə