PediatriyaPediatriya

11.08.2020Sağlamlıq məqalələri

Uşaqlar nədən gec dil açır?

Uşaqlar nədən gec dil açır? Gec danışmanın səbəbləri...

Danışmaq və ünsiyyət qurmaq insanın sosial həyatında əhəmiyyətli və vacib proseslərdən biridir. Aydın və səlis danışıq, sözləri düzgün tələffüz edərək qarşı tərəfə çatdırmaq təqdirəlayiq haldır. Amma cəmiyyətdə danışıq qüsurlu, hansısa səsləri düzgün tələffüz etməyən, kəkələyən insanlar da var. Bu isə onların cəmiyyət arasında kompleksə düşmələrinə, özlərini narahat hiss edərək ünsiyyətdən qaçmalarına və sair kimi neqativ hallara yol açır. Demək olar ki, son zamanlar bu hal kiçikyaşlı uşaqlar arasında da geniş yayılıb.

Uşaqlarda danışmanın çox gecikməsi isə aşağıdakı xəstəliklərdən baş verə bilir

  • Daun sindromu
  • Damaqda olan çatışmazlıq
  • Serebral iflic
  • Autizm
  • Genetik gec danışma
  • İnkişafdan geri qalma
  • Erkən doğum

Valideynlər uşaqların gec dil açmasının səbəblərini araşdırmağa çalışmalı, həkimə vaxtında müraciət etməlidirlər. Uşaqda olan nitq ləngiməsi anadangəlmə səbəbdirsə, bu zaman nevropatoloq, psixoloq, loqoped üçlü formada işləməlidir.

Gec dil açıb danışımaq uşağın zehni fəaliyyətinin də gec inkişafına səbəb olduğu üçün valideyinlər diqqətli olmalı, vaxtında həkimlərdən məsləhət almalıdırlar.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.