Küçədə və ya evdə, gündüz ya da gecə… fərqi yoxdur, biz bir çox
Küçədə və ya evdə, gündüz ya da gecə… fərqi yoxdur, biz bir çox hallarda ilkin yardımla həyat xilas edə bilərik. Lakin hər hadisədə düzgün müdaxilə edilməli, xüsusilə ehtiyatlı davranılmalı hallarda yalnız ilkin yardım sertifikatı olan şəxslər kömək göstərməlidirlər.
Ürək tutması: Xəstəni dərhal ən yaxın tibb mərkəzinə aparın və ya təcili tibbi yardım çağırın. Təcili yardım gələnə qədər onun hərəkətsiz qalmasını təmin edin. Geyimlərini boşaldın. Xəstə özündədirsə, onu yarı oturan vəziyyətdə saxlayın. Xəstənin olduğu yerdə hava ağırdırsa, qapı və pəncərələri açın. Huşu özündə deyilsə, nəbzi atmırsa və ya nəfəs almırsa, yalnız ilk yardım sertifikatı olan şəxslər müdaxilə edə bilər.
Unutmayın, ilk yardım həyat xilas edir! Lakin yanlış müdaxilə ölümə yol aça bilər!
Əsla etməyin: Xəstəni arxası üstdə uzatmayın, enerji sərf etməsinə imkan verməyin, öskürtməyə çalışmayın. Ürəktutması zamanı öskürtmək qanama və digər xoşagəlməz nəticələrə səbəb ola bilər.


