Oftalmologiya

29.05.2020Sağlamlıq məqalələri

Katarakta əməliyyatını təxirə salmağa dəyərmi?

Katarakta hiyləgər xəstəlikdir. O, adətən yavaş-yavaş inkişaf edir, görmə tədricən zəifləyir ki, insan uzun müddət ərzində xəstəliyin inkişafından hətta şübhələnmir. Adətən katarakta gözlərdə ağrılara, qızarmaya və s. simptomlara səbəb olmur. Vaxtında müalicə olunmadıqda katarakta korluğa gətirib çıxardır. Məhz bu səbəbdən yaşı 40-dan yuxarı olan insanlar hər il oftalmoloqun profilaktik müayinəsindən keçməlidir.

Görmənin azalması xəstənin gündəlik həyatına maneə olmağa başlayırsa, bu halda əməliyyat etmək vacibdir. Xüsusi ilə bütün gün ərzində sükan arxasında olan sürücülərin cərrahi əməliyyatları gecikdirməmələri məsləhətdir. Onların görmə qabiliyyətlərinin azalması qəzalara səbəb ola bilər.

Oftalmoloq həkimlərimiz

  • Uzm. Dr. Fuad Hidayətov
  • Uzm. Dr. Anıl Resmi

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə