XəstəxanaXəstəxana

24.03.2020Tədbirlər və layihələr

Gəncə Beynəlxalq Xəstəxanası Koronavirusla Mübarizəyə Dəstək Fonduna

Gəncə Beynəlxalq Xəstəxanası Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı edib.

Bir sıra iri holdinq və şirkətlər kimi Gəncə Beynəlxalq Xəstəxanası-da Koronavirusla Mübarizəyə Dəstək Fondun hesabına 30 min manat məbləğində ianə köçürməyi, həm də korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq özünə borc bilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Əlavə olaraq bildirmək istəyirik ki, hal-hazırda fəaliyyətini 7/24 saat davam etdirən Gəncə Beynəlxalq Xəstəxanası Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükəsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirləri həyata keçirir. Xəstəxananın şöbələrində zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır, sanitar - gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.