XəstəxanaXəstəxana

15.01.2020Tədbirlər və layihələr

GƏNCƏ BEYNƏLXALQ XƏSTƏXANASI 9 Sentyabr 2015 tarixindən fəaliyyətə

Gəncə Beynəlxalq Xəstəxanası

9 Sentyabr 2015 tarixindən fəaliyyətə başlayan Gəncə Beynəlxalq Xəstəxanası Qafqazda JCI (Joint Commission International) tərəfindən akkreditə edilmiş ilk xəstəxanadır. Bu il isə Gəncə Beynəlxalq Xəstəxanası ikinci dəfə akkreditasiya olunmuş xəstəxana statusunu qazanmışdır. JCI Amerika səhiyyə standartlarına uyğun tibb müəssisələrini akkreditə edən ən nüfuzlu beynəlxalq təşkilatdır. Cari dövrdə bütün dünyada cəmi 1000-ə yaxın xəstəxana akkreditasiyadan keçmişdir ki, onlardan biri də Gəncə Beynəlxalq Xəstəxanasıdır.

Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Xəstəxanada ambulator və stasionar müalicə xidmətləri göstərilir. Gəncə Beynəlxalq Xəstəxanasında 50-dən çox yerli və əcnəbi konsultant mütəxəssis həkim çalışır. Xəstəxananın hər bir bölməsi müasir tibbi avadanlıq və alətlərlə təchiz edilmişdir.

Gəncə Beynəlxalq Xəstəxanasının üstünlüyü Qafqaz regionunda keyfiyyət və innovativlik cəhətindən bənzəri olmayan bir xəstəxana modelinə sahib olmasıdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.