Oftalmologiya

03.02.2020Sağlamlıq məqalələri

Blefarit göz qapaqlarının iltihablaşmasıdır

Blefarit göz qapaqlarının iltihablaşmasıdır. Blefarit əsasən göz qapalarının kirpiklərin olduğu nahiyədə yaranır. Blefarit əsasən müalicəsi çətin olan xəstəlikdir. Blefarit narahatlıq hiss versə də, görmə qabiliyyətinə mənfi təsir etməz.

Blefaritin əlamətləri

  • Gözlərin sulanması
  • Gözlərin qızarması
  • Gözün yanması
  • Gözqapağının qaşınması
  • Göz qapağının şişməsi və qızarması
  • Gözün işığa həssaslığı
  • Anormal böyüyən kirpiklər
  • Kirpiklərin tökülməsi
  • Kirpik ətrafındakı dərinin qabıq qoyması

Blefaritin yaranma səbəbi məlum deyil. Aşağıdakı səbəblərə bağlı olaraq inkişaf edə bilər:

  • Seboreik dermatit
  • İnfeksiya
  • Göz qapaqlarında yağ vəzlərinin tıxanıqlığı
  • Dərmanlara, makiyaj vasitələrinə qarşı allergik reaksiya

Diaqnoz həkim müayinəsi və analiz vasitəsilə təyin edilir. Müalicəsi həkim təyin etdiyi dərmanlarla aparılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə