Yüksək intensivlikli Lazer Terapiyasi və ya HİLT- terapiya (ing
Yüksək intensivlikli Lazer Terapiyasi və ya HİLT- terapiya (ing. HILT – High Energy Laser Therapy) qısamüddətli pulsasiyaedici impulslar hesabına toxumalara qızdırıcı təsir yaratmayaraq, fotomexaniki dalğavari təsir göstərir. Lazer şüası toxumaların daha dərin qatlarına təsir edir və qısa müddət ərzində yüksək kliniki effekt əldə etməyə kömək edir. Lazer terapiyası oynağın müxtəlif travmalar və degenerativ xəstəlikləri zamanı ağrıkəsici, qeyri-invaziv, dərhal və effektiv təsir göstərir. Lazer şüalarının təsiri nəticəsində hüceyrələrdə ribonukleaza turşusunun səviyyəsi artır, hüceyrələrdə mitoxondrilərin aktivliyi artır, maddələr mübadiləsi və sintez prosesləri sürətlənir, ATF-in səviyyəsi artır, hüceyrələrin sinir təchizatı bərpa olunur. Lazer şüası dərialtı ağrı reseptorlarına qədər siraət edərək ağrı impulslarını blokada edir. HİLT- terapiyanın təsiri:
Fotokimyəvi, fotomexaniki və fototermiki təsir mexanizminə malikdir. Bu terapiya həmçinin iltihabəleyhinə və biostimullaşdirici gücə də malikdir, qığırdaqların bərpaedici terapiyasında çox effektiv təsir göstərir. Təsir mexanizmi:
Oynaqlarda iltihabi azaldıb bərpaedici prosesləri sürətləndirməkdən ibarətdir. Əzələlərdə analgetik effect yaradaraq kontrakturanı aradan qaldırır. Qan və limfa sisteminə olan təsiri toxumaların qidalı maddələrlə təcizatını gücləndirərək maye reabsorbsiyasını artırmaqla izah olunur. Lazer terapiyası həm kəskin travmatik zədələnmələr zamanı, həm də oynaqların xroniki xəstəlikləri və degenerativ dəyişiklikləri zamanı istifadə edilə bilər. Göstərişlər:
Əzələ yırtıqları
Artroz
Qığırdaqlarda gedən degenerativ dəyişkənliklər
Vətərlərin dartınması
Osteoartrit
Oynaqlarin degenerativ zədələnməsi
Əzələ spazmı bursit artrit sinovit kapsulit travmatik epikondilit (tenisci dirsəyi) ağrılı trigger nöqtələri
Oynaqlarda müxtəlif ağrılar tendenit və tenosinovit idman travmalari və xondropatiyalar

