ÜMUMİ CƏRRAHİYYƏ BÖLMƏSİ Xəstəxanamızın Ümumi cərrahiyyə bölməsi ən
Ümumi Cərrahiyyə Bölməsi
Xəstəxanamızın Ümumi cərrahiyyə bölməsi ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək standartlara cavab verən əməliyyat blokunun olması, yüksək ixtisaslı həkimləri, Avropanın bir sıra aparıcı klinikalarında təcrübə keçən cərrahlar, əməliyyat zamanı ultrasəs və rentgen müayinəsinin ən müasir cihazlar vasitəsi ilə aparılması, əməliyyatların video məlumatların saxlanması və arxivləşdirilməsi bizim üstünlüklərimizdən biridir.
Multidisiplinar bölməmiz ən irəli texnoloji avadanlıqlarla təchiz edilib. Xəstələrin cərrahi müalicələri konvansiyonel (açıq), laparoskopik metodlarla aparılmaqdadır. Lazım olan xəstələrin əməliyyat sonrası müalicələri müasir cərrahi reanimasiya bölməsində aparılır.
Müalicə edilən xəstəliklər
- Paratiroid adenomaları
- Qalxanabənzər vəzin xoşxassəli və bədxassəli şişləri
- Reflü xəstəliyi
- Diyafraqmal yırtıqlar
- Mədə-bağırsaq xəstəlikləri
- Qalın bağırsağın iltihabi xəstəliklərinin cərrahi müalicəsi
- Qaraciyər xəstəlikləri
- Öd yolları xəstəlikləri
- Dalaq və mədəaltı vəzin xəstəlikləri
- Qalın bağırsağın bədxassəli xəstəlikləri
- Hemoroid xəstəliyi
- Perianal fistullar
Məmə xəstəlikləri və s.
İcra edilən prosedur və əməliyyatlar
- Tiroidektomiya
- Paratirеoidektomiya
- Yemək borusunun əməliyyatları
- Diyafraqmal yırtıq əməliyyatları (Laparoksopik)
- Total Qastrektomiya
- Distal Qastrektomiya-Proksimal Qastrektomiya
- Mədə xorası cərrahiyyəsi
- Hepatektomiyalar
- Qaraciyər Rezeksiyaları
- Laparoskopik Xolesistektomiya
- Öd yolları cərrahiyyəsi
- Mədəalti vəzin xəstəlikləri
- Laparoskopik Splenektomiya
- Laparoskopik qalın bağırsaq əməliyyatları
- Laparoskopik yırtıq əməliyyatları
- Perianal fistul əməliyyatları
- Hemoroidektomiya
- Lateral İnternal Sfinkterоtomiya
- Anal darlıq cərrahiyyəsi
- Anal İnkontinans cərrahiyyəsi
Dermoid kista əməliyyatları və s.
Ümumi cərrahiyyə bölməsi 7/24 saat ərzində Sizin xidmətinizdədir.


