Ultrasəs müayinəsi (usm) zərərlidirmi?
Ultrasəs Müayinəsi (usm) Zərərlidirmi?
Hamiləlik zamanı ultrasəs müayinəsi körpənin inkişafını, hərəkətlərini izləmək, ürək döyüntüsünün səsini eşitmək, cinsiyyətini öyrənmək, körpədəki anomaliyaları və digər bir çox şeyləri aşkar etmək üçün vacibdir.
Gündəlik həyatımızda, xəstəlik və sağlamlıq vəziyyətində tez-tez müraciət etdiyimiz ultrasəs müayinəsinin insan sağlamlığına zərəri aşkarlanmamışdır. Buna görə anaların müəyyən periodlarla ultrasəs müayinəsinə getməsinin heç bir zərəri yoxdur.
Ultrasəs müayinəsinin şüadan ibarət olduğu düşüncəsi zərərli olduğuna dair təsəvvür yaradır. Ancaq bu tamamilə yanlışdır, ULTRASƏS ŞÜA DEYİL!
Ultrasəs insan qulağının eşidə bilməyəcəyi tezlikdə olan səs dalğalarından yaranan effektlərin görüntüsünün cihaz vasitəsi ilə görüntülənməsidir. Nəticədə ultrasəs müayinəsində səs dalğalarının istifadəsi səbəbi ilə anaya və körpəyə heç bir zərər vermir.


