Travmatologiya və ortopediya

12.07.2019Xidmət və avadanlıq

TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA BÖLMƏSİ Bölməmiz texnologiyanının son

Travmatologiya Və Ortopediya Bölməsi

Bölməmiz texnologiyanının son avadanlıq və cihazlarından istifadə edərək, xəstəliklərin müalicəsini planlı və məqsədyönlü şəkildə 7/24 saat həyata keçirir. Bölmədə klassik üsullarla yanaşı həmçinin müasir üsullardan olan artroskopiya, endoprotezləşdirmə, intramedulyar və ekstramedulyar osteosintez, boy uzatma, anadangəlmə sümük-əzələ sistemindəki defektlərin rekonstruksiyası əməliyyatları icra olunur.

Göstərilən xidmətlər və əməliyyatlar

  • Yuxarı ətraf travmaları (Sümük sınıqlar, yuxarı ətrafların tam və natamam qopması)
  • Aşağı ətraf travmaları (Sümük sınıqlar, aşağı ətrafların tam və natamam qopması)
  • İdman travmaları ( vətər, bağ qopmaları v.s. )
  • Anadangəlmə əyripəncəlik, yastıpəncəlik
  • Patellofemoral sindrom
  • Böyük və kiçik oynaqların artrodezi (dondurulması)
  • Aşağı və yuxarı ətrafların amputasiyası
  • Osteomielitin konservativ ve cərrahi müalicəsi
  • Yumşaq toxuma və sümükdə bədxassəli şişlərin müalicəsi
  • Anadangəlmə yuxarı və aşağı ətrafların qüsurlarının müalicəsi
  • Leg Calve Perthes xəstəliyinin müalicəsi
  • Uşaq və yetkin insanlarda sınıqların konservativ və cərrahi müalicəsi
  • Sümüklərdə qaynamama və ya yalnış bitişmələrin cərrahi müalicəsi
  • Oynaq ağrılarının diaqnostikası ve müalicəsi
  • Ayaq və daban ağrısının konservativ müalicəsi
  • Sinir sıxışmalarının cərrahi müalicəsi
  • Diabetik ayaq yaralarının cərrahi yolla müalicəsi
  • Skoliozlar

Diz oynağının artroskopiyası ( qopmuş ön çarpaz bağın bərpası, menisk yırtıqları, qığırdaq plastikası, diz qapağının stabilizasiyası v.s. )

Çiyin oynağının artroskopiyası ( subakromial dekompressiya, Bankart əməliyyatı v.s. )

Aşıq - baldır oynağının artroskopiyası

İntramedulyar osteosintez

Ekstramedulyar osteosintez

Diz oynağının endoprotezləşdirilməsi

Əl biləyi cərrahiyyəsi

Əzələ-vətər plastikası

Çarpaz bağ əməliyyatları

Xarici fiksatorla osteosintez

İlizarov üsulu ilə travmaların, sümük defekt və deformasiyaların müalicəsi.

Ətrafların və boyun uzadılması

Endoprotezlər və s.

://gbx.az/

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.