Neyrocərrahiyyə

18.10.2019Sağlamlıq məqalələri

Skolioz Nədir?

Skolioz Nədir?

Skolioz xəstəliyi vaxtında müəyyən etmək elə də asan deyil. Bir çoxu yalnız vücudu əyildikdən və ya donqarlaşdıqdan sonra skolioz olduğunun fərqinə varır.

Skolioz - onurğa sütununun əyriliyi deməkdir. Uşaqlar yeniyetmə dövrünə çatanda çox sürətlə böyüyür və bu zaman onurğadakı ən xırda əyrilik də eyni templə irəliləyir.

Həkimlər deyirlər ki, hər uşaq ən azı 2-3 yaşında skolioza görə mütləq müayinə edilməlidir. Uşaq məktəb yaşına çatanda isə valideynləri onun skolioz olub-olmamasını adi gözlə də müəyyən edə bilərlər.

Əyriliklər, əsasən, döş və bel nahiyələrində müşahidə olunur. Ən birinci çiyinlərə diqqət edilməlidir. Əgər çiyinlərdə tarazlıq olmasından şübhələnirsinizsə, mütləq həkimə müraciət edin. Bundan başqa, uşağın kürəyinə fikir verin. Nəzərə alın ki, bu gün görünməyən qüsur 2 gün sonra üzə çıxa bilər. Eyni zamanda kürək sümükləri, bud-çanaq oynağı da skoliozdan xəbər verə bilər. Əgər bu sümüklərdən hər hansı biri aşağıdısa, demək narahatlığa əsas var. Bel xətti də müntəzəm olaraq nəzarətdə olmalıdır. Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır. Ön tərəfdən isə "qabırğa donqarlığının" əmələ gəlib-gəlməməsi diqqətdə saxlanılmalıdır. Belə hallarda bir qol digərindən uzun görünür. Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyinə də fikir verin.

Skoliozun vaxtında müəyyən edilməsi müalicəsini xeyli asanlaşdırır. Sümüklərin deformasiyası vaxtında əməliyyat, yaxud müalicə olunmazsa, əyrilik özünü get-gedə daha qabarıq göstərir.

Nəzərə almaq lazımdır ki, skolioz yalnız bədənin deformasiyasına deyil, eyni zamanda orqanizmdə bir sıra orqanların patoloji dəyişikliklərinə səbəb olur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.