Sistit sidik kisəsinin iltihablanmasına deyilir
Sistit sidik kisəsinin iltihablanmasına deyilir. Bakterial bir infeksiyaya bağlı olub, sidik yolu infeksiyası adlanır. Tez-tez sidiyə çıxma istəyi, sidiyə çətinlik getmə, sidiyin kəsik-kəsik gəlməsi və sidik ifraz edərkən şiddətli yanma kimi əlamətləri vardır. Sistit uşaqlar da daxil hər yaşda görülə bilər və ciddiyə alınmalıdır.
Müalicə edilmədiyi təqdirdə böyrəklərdə infeksiyaya, ya da sidikdə qanamağa yol aça bilər.
Sistitin əlamətləri qadın, kişi və hətta uşaq üçün eynidir. Uşaqlarda temperaturla birlikdə iştahsızlıq və qusma da görülə bilər.
Aşağıda sadalanan şikayətlər uşaqda görülərsə, dərhal həkimə müraciət etmək lazımdır:
- Təcili sidiyə çıxma istəyi
- Tez-tez sidik çıxma istəyi
- Sidiyin az-az gəlməsi, sidik ifraz edərkən yanma, tam boşalmama
- Sidik kisəsində ağrı və həssaslıq
- Qeyri-səlis və ya kəskin qoxulu sidik
- Yorğunluq hissi
- Bəzi hallarda sidikdə qan
- Nadir olaraq yüksək temperatur
Urologiya Bölməsinin Həkimi
Uroloq-Androloq Uzm. Dr. Zamin Həşimov. Əlavə məlumat almaq üçün:
