Qafqazın ilk JCI (Joint International Commission) akkreditasiyalı
Qafqazın ilk JCI (Joint International Commission) akkreditasiyalı xəstəxanası olan Gəncə Beynəlxalq Xəstəxanasında 5 May tarixi “Ümumdünya Əl Yuma Günü” kimi qeyd edilib.
Gündəlik həyatda ən çox çirklənən orqanların başında əllərimiz gəlməkdədir. Buna görə də, yalnız xəstəxanalarda deyil, həm də gündəlik həyatda əl gigiyenasına diqqət yoluxucu xəstəliklərin qarşısını ala bilər, əlimizdə çirklənmə varsa və ya qan və bədən mayeləri ilə təmasda olduqdan sonra əllərimiz mütləq sabun və su ilə yuyulmalıdır.
Tədbirin keçirilməsində məqsəd əl gigiyenası mövzusunda səhiyyə işçilərinin məlumat səviyyəsini artırmaq, əl gigiyenasını istənilən səviyyədə nümayiş etdirmək, bu səbəbdən xəstəxanada və gündəlik həyatımızda yarana biləcək infeksiyaların qarşısının alınmasıdır.

