Krioterapiya proseduru Dermatokosmetoloq Dr. Ülfət Həsənova
Krioterapiya proseduru Dermatokosmetoloq Dr. Ülfət Həsənova tərəfindən 21 Sentyabr tarixində saat 11:00-dan 17:00-a qədər icra ediləcək.
Krioterapiya – soyuq ilə müalicə deməkdir. Orqanizmə ekstremal dərəcədə aşağı temperaturların azmüddətli təsiridir. Müalicə, törəmələrin maye azotla dondurulmasından ibarətdir. Krioterapiya üsulu ilə ziyil, döyənək (mazol), ət xalları və papilomalardan azad ola bilərsiniz. Bu törəmələr erkən müalicə olunmazsa, dərinin başqa nahiyələrinə də yayıla bilər.

