RadiologiyaRadiologiya

12.09.2019Sağlamlıq məqalələri

Kompüter Tomoqrafiyası (KT) Kompüter Tomoqrafiya (KT) müasir şüa

Kompüter Tomoqrafiyası (kt)

Kompüter Tomoqrafiya (KT) müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. KT-bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.

Kompüter Tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddətinin çox az olması pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Anestezi və sedasiyalara ehtiyac olmur. • Kranial (beyin-aksial və ya koronal) KT

Hipofiz KT

Orbital (aksial və koronal) KT

Paranazal sinuslar KT

Boyun sahəsi KT

Torakal (döş qəfəsi) KT

Yuxarı abdomen (yuxarı qarın boşluğu) KT

Pelvik (çanaq sahəsi) KT

Onurğa sütunu KT (boyun, döş, bel şöbələri)

Ətraf sümüklər və ətraf toxumalar KT

Temporo-mandibulyar (gicgah-çənə oynağı) KT

Temporal (gicgah sümüyü) KT

Kəllə əsası KT

Böyrəküstü vəzilər KT

Sidik sisteminin KT

Oma-qalça oynaqları KT

Bud-çanaq oynaqları KT

Aortoqrafiya və s.

Müayinəyə hazırlıq

Müayinə günündə görüş saatından 4 saat əvvəl başlamaq üzrə qatı qida qəbul edilməməlidir.

Müayinənin qiymətləndirilməsi

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.