İnvaziv kardiologiyaİnvaziv kardiologiya

10.08.2019Xidmət və avadanlıq

İNVAZİV RADİOLOGİYA BÖLMƏSİ İnvaziv Radiologiya - Radiologiyanın bir

İnvaziv Radiologiya Bölməsi

İnvaziv Radiologiya - Radiologiyanın bir bölümüdür. İR aparılan əməliyyatlar əksər hallarda Angioqrafiya (latın sözü olub angio-damar, qrafiya-çəkirəm) cihazı ilə təchiz olunmuş əməliyyatxanada aparılır.

İnvaziv radioloq - angioqrafiya, kompüter tomoqrafiya, usm, rentgen cihazların köməyi ilə əməliyyatlar aparan ixtisasçıdır.

İnvaziv Radioloji əməliyyatlar, cərrahi əməliyyatlarla müqayisədə daha az riskli və daha az travmatikdir. İnvaziv Radioloji metodların üstünlükləri: Bütün әmәliyyatlar yerli keyitmə ilә aparılır və nadir hallarda ümumi anesteziyaya ehtiyac olur, cərrahi kәsiyә və ümumi anesteziyaya ehtiyac olmadığı üçün әmәliyyatdan sonrakı reabilitasiya dövrü çox qısa olur, xəstə qısa zamanda xəstəxanadan evə yazılır və gündəlik həyatına davam edir, cərrahi müalicə ilә kombinasiya oluna bilər, bəzi xəstə qruplarında alternativi olmayan tək müalicə metodudur, təkrarlamaq mümkündür.

İcra edilən prosedur və əməliyyatlar

  • Ürəyin işemik xəstəliyi
  • Koronaroqrafiya
  • Koronar stent implantasiyası
  • Qapaq və aorta xəstəlikləri
  • TAVI əməliyyatı
  • TEVAR əməliyyatı
  • EVAR əməliyyatı
  • İşemik insult
  • Tromboaspirasiya (Penumbra)
  • Mexaniki tromboektomiya
  • Beyindaxili qanamalar
  • Anevrizmaların “coil” embolizasiyası
  • AVM embolizasiyası
  • Serebral ateroskleroz
  • Yuxu arteriyalarının stentlənməsi
  • Vertebral arteriyaların stentlənməsi
  • Periferik ateroskleroz və diabetic pəncə
  • Perferik arteriyaların ballon angioplastikası və stentlənməsi
  • Burger xəstəliyi
  • Böyrək arteriyalarının aterosklerozu
  • Böyrək arteriyalarının stentlənməsi
  • Mexaniki sarılıq və öd yollarının bədxassəli törəmələri
  • Öd yollarının drenlənməsi və stentlənməsi
  • Nefrastoma və anteqrad sidik axarı stentinin taxılması
  • Sidik axarı stentinin taxılması
  • Uşaqlığın miomaları və qanamaları
  • Uşaqlıq arteriyalarının embolizasiyası
  • Mezenterial tromboz
  • Mexaniki tromboektomiya və lokal trombolizis
  • Daxili qanaxmalar

Mexaniki və kimyəvi embolizasiya və s.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.