Hipertiroidizm - tiroid vəzinin tiroid hormonlarını çox ifraz etməsini
Hipertiroidizm - tiroid vəzinin tiroid hormonlarını çox ifraz etməsini, qanda artıq miqdarda tiroidin olduğunu ifadə edir. Hipertiroidli xəstələrdə ümumi olaraq zəifləmə, iştahın yerində olmasına və hətta bəzən də artmış olmasına baxmayaraq kilo itkisi, istiyə dözümsüzlük, həddindən artıq tərləmə, titrəmə, halsızlıq, ürək döyünməsi, gücsüzlük, əsəbilik, ən sadə mövzularda belə şişirdilmiş reaksiya, bəzən ishal, oynaq ağrıları, gözdə ağrıma, sulanma, işığa dözümsüzlük, qaşıntı, menstruasiya nizamsızlıqları, cinsi istəksizlik və xəstəlik müddətində sonsuzluq ola bilər. Hipertiroid xəstələri özlərində dərilərinin isti, nəmli, sürüşkən bir xüsusiyyət kəsb etdiyini, xüsusilə əllərində zəbt etməkdə çətinlik çəkdikləri titrəmə halları, bəzən (ümumiyyətlə xəstələrin 1/3 hissəsində) göz qapaqlarını bağlamaqda çətinlik, gözlərdə böyümə və önə fırlama, canlı baxma, cüt görmə, həddindən artıq saç tökülməsi, nadir hallarda dəridə rəngsiz sahələrin ortaya çıxması, ayaq biləklərində şiş, oturub qalxmadan əzələ gücsüzlüyü, kişi xəstələrdə döş böyüməsi kimi dəyişikliklər müşahidə edilir. Bu əlamətlərin ağırlığı və müxtəlifliyi hər xəstədə eyni olmayıb xəstənin yaşına və cinsiyyətinə görə dəyişməkdədir.