30.12.2019Sağlamlıq məqalələri

Hepatit A - qaraciyərdə virusun səbəb olduğu iltibahlı bir xəstəlikdir

Hepatit A - qaraciyərdə virusun səbəb olduğu iltibahlı bir xəstəlikdir. Xalq arasında bu xəstəliyə "sarılıq" da deyilir. Virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyi qripəbənzər simptomlarla təzahür edir: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.

Hepatit A-a qan testləri ilə diaqnoz qoyulur.

Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır.

Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır. Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə