Plastik, estetik və rekonstruktiv cərrahiyyəPlastik, estetik və rekonstruktiv cərrahiyyə

10.10.2019Xidmət və avadanlıq

Göz Qapağının Blefaroplastikası Blefaroplastika - göz qapağının

Göz Qapağının Blefaroplastikası

Blefaroplastika - göz qapağının əvvəlki formasını bərpa etmək üçün edilən cərrahi əməliyyatdır. Bu əməliyyat - artıq dəri, əzələ və piyin çıxarılması ilə həyata keçirilir. Yaşlandıqca göz qapağı genişlənir, göz qapağını saxlayan əzələlər isə zəifləyir. Bunun nəticəsində yuxarı və aşağı qapaqlarda artıq piy yığılır, bu isə yuxarı qapaqlarda sallanmanı, aşağı qapaqda həm sallanma,həm də çoxları üçün problem olan şişlər əmələ gətirir. Bununla insan daha yaşlı görsənir, gözətrafı dərinin həddən artıq sallanması isə periferik və yan görmənin pisləşməsinə səbəb olur.

Blefaroplastika əməliyyatı Plastik, Estetik, Rekonstruktiv Cərrah Prof. Dr. M. Erol Demirseren tərəfindən icra edilir.

Həkim müayinəsi ödənişsizdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.