Gəncə Beynəlxalq Xəstəxanasında Polidaktiliya
Gəncə Beynəlxalq Xəstəxanasında Polidaktiliya – çox barmaqlılıq diaqnozu ilə 1 yaş 2 aylıq uşağın əlində artıq olan 6-cı barmağı əməliyyat olunub. Xəstəlik ana bətnində keçirilmiş virus xəstəlikləri ilə bağlı inkişaf qüsurudur.
Uşaq bu əlavə barmaqla böyüyə bilir. Lakin, uşaq böyüdükcə deformasiya dərinləşir, ağrılar verir. Bu hal uşaqda estetik qüsur yaratmaqla yanaşı, həmin barmaqların əsas sümüyü olmadığından heç bir funksiya yerinə yetirmədiyindən gələcəkdə hərəkət pozğunluğuna səbəb olur. Bununla yanaşı uşaqda estetik qüsur kimi psixoloji diskomfort yaradır.
Əməliyyat Türkiyədən dəvət olunmuş məşhur Plastik, Estetik, Rekonstruktiv Cərrah Prof. Dr. M. Erol Demirseren tərəfindən icra edilib.
Qeyd: Məşhur Estetik Cərrahın konsultasiyası!

