Oftalmologiya

23.10.2019Tədbirlər və layihələr

Gəncə Beynəlxalq Xəstəxanası yarandığı ilk gündən əhaliyə göstərilən

Gəncə Beynəlxalq Xəstəxanası yarandığı ilk gündən əhaliyə göstərilən xidmətləri yüksək səviyyəyə çatdırmağı qarşısına məqsəd qoydu. 4 il ərzində xəstəxana müasir tibb elminin standartlarına cavab verən yeni texnologiyalara sahib olmaqla yanaşı, biliyi, bacarığı ilə seçilən, yüksək elmi savadlı peşəkar tibb işçilərini ətrafında birləşdirməyi bacardı. Eyni zamanda xəstəxanasının rəhbərliyi və kollektivi əhalinin sağlamlığının qorunması üçün ciddi səylə çalışdı.

Artıq Qafqaz regionunda Amerika standarlarına uyğun fəaliyyət göstərən xəstəxana məqsədinə nail olub. Bu tibb ocağında yaradılan şərait, əldə edilən uğurlar, keyfiyyətli və ucuz tibbi xidmətlər insanların müalicə üçün məhz Gəncə Beynəlxalq Xəstəxanasını seçməsinə səbəb olub.

Paytaxt Bakıdan, regionlarından, insanların məhz Gəncə Beynəlxalq Xəstəxanasının peşəkar həkimlərinə müraciət etməsi ölkənin səhiyyə turizmi modelinin formalaşmasına da təsir edir. Belə ki, müalicə üçün xəstəxananın xidmətlərindən yararlanan insanlar xəstəxananın yerləşdiyi ecazkar təbiətə, füsunkar gözəlliyə malik, tarixi abidələrlə zəngin qədim Gəncə şəhəri ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.

Bu da bir daha təsdiq edir ki, Qafqaz regionunda 2 dəfə Joint Commission International (JCI) Akreditasiyasının təltif olunma şərəfinə nail olan ilk səhiyyə ocağının bütün əməkdaşları sağlam bir ailədə birləşərək, ölkə vətəndaşlarının sağlamlığı keşiyində peşəkarlıq və bacarıqla çalışırlar.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.