Epilepsiya baş-beyinin xroniki xəstəliklərinə aiddir
Epilepsiya baş-beyinin xroniki xəstəliklərinə aiddir. Epilepsiya zamanı beyinin normal bioaktivliyi pozulur və uşaqlarda özünü tutmalarla (qıcolmalar) büruzə verir. Bu zaman onun bədənində qıcolmalar olur, o, dişlərini bir-birinə sıxır, bütün bədən gərginləşir, bəzi hallarda ağızdan köpük gəlir, əl və ayaqlar, bəzən isə bütün bədən gərilmiş vəziyyət alır və ya əksinə olaraq, uşağın bütün bədəni dartılır və qısa bir müddət ərzində sanki donmuş şəkildə qalır. Tutmalardan sonra uşaq yuxuya gedir və ayılandan sonra isə bəzi hallarda tutma zamanı nələr baş verdiyini xatırlamır. Bəzi epilepsiyası olan xəstə uşaqlarda kiçik epileptik tutmalar baş verir. Bu zaman uşaq bir neçə saniyə ərzində huşsuz vəziyyətdə sanki donub qalır. Belə hallar gün ərzində dəfələrlə təkrar oluna bilər. Uşaq diqqətini toplaya bilmir, dərs mənimsəməsi pisləşir.
Ümumi halda xəstəlik klinik olaraq iki formaya bölünür
- 2. Simptomatik Epilepsiya – hər hansı bir səbəbdən yaranan
Orqanizmin ümumi inkişafı zamanı yaranan anormallıqlar, ana bətnindəykən dölün məruz qaldığı infeksiyalar, toksik maddələr,doğuş zamanı uşağın oksigensiz qalması, doğuşdan sonra keçirilən beyin infeksiyaları ( miningit, ensefalit) , başa alınan travmalar, zəhərlənmələr ( ağır metallardan, karbon monoksid və s.), beyin xərçəngi, beyinə qansızma, beyin damar tıxanıqlıqları, bəzi dərmanlar, aşırı dərəcədə alkoqol aludəçiliyi, metobolik pozuntular da epileptik tutmalara səbəb ola bilir.
Epilepsiyaya etinasız yanaşmaq düzgün deyil. Müalicə vaxtlı-vaxtında aparılmasa, xəstəlik güclü gepaksiyaya məruz qalıb, beyindaxili hüceyrələri məhv edib, xəstənin ölümünə səbəb ola bilər.
Bu sahədə çalışan Türkiyədən dəvət edilmiş Pediatr Nevroloq Uzm. Dr. Meltem Uzun Sizə yardımçı ola bilər.

