13.12.2019Sağlamlıq məqalələri

Check-up nədir?

Check-up konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud ola biləcək və ya mövcud xəstəliklərin erkən müəyyən edilməsinə imkan verən müayinələr kompleksidir. Çünki heç də hər bir xəstəlik özünü bu və ya digər şikayətlərlə biruzə vermir. Check up həmçinin gələcəkdə xəstəliyə səbəb ola biləcək risk faktorlarının əvvəlcədən aşkar edilməsində də mühüm əhəmiyyət daşıyır.

Müxtəlif çeşiddə müayinələri özündə birləşdirən check-up proqramının ən azı ildə bir dəfə aparılması məsləhətdir.

Check-up-a hazırlıq

  • Müayinəyə səhər vaxtı və acqarına (yalnız su qəbulu mümkündür) gəlməli
  • Hamiləlik və ya buna şübhə varsa mütləq qeyd edilməli

Son 3 gün ərzində dəmir və vitamin C olan dərman vasitələri və çox miqdarda qida məhsulları (məsələn, qırmızı ət, ispanaq, çuğundur, turp və s.) qəbul etməməli;

Qadınlar üçün check-up menstruasiya dövründə həyata keçirilmir.

Check-up-ın əhəmiyyəti

Check-up -ın aparılmasında məqsəd uzun illər sağlam və keyfiyyətli həyat təmin etməkdən ibarətdir.

Gəncə Beynəlxalq Xəstəxanası risk faktorlarını müəyyən etməklə xəstəliyin erkən diaqnozunu qoymaq və xəstəliyin inkişafının qarşısını almaq almaq məqsədi ilə sizlərə Check-up müayinəsini təklif edir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə