BOĞAZ ƏTİ ƏMƏLİYYATI (TONZİLLEKTOMİYA) Damaq badamcıqlarının iltihabi
Boğaz Əti Əməliyyatı (tonzillektomiya)
Damaq badamcıqlarının iltihabi xəstəliklərinə tonzillit deyilir. Kəskin və xronik formaları ayırd edilir. İltihabi prosəslərin tez-tez təkrarlanması damaq badamcıqlarının böyüməsinə tonzil hipertrofiyasına getirib çıxarır. Bu xəstəliklər uşaq yaş qrupu xəstəlikləri olmaqla yanaşı yetkin insanlarda da rast gəlinir.
Hansı vəziyyətlərdə tonzillektomiya ( Boğaz Əti ) icra edilir
Tonzilektomiya əməliyyatını təyin etmek üçün həkim ciddi göstərişlərə əsaslanır. Valideynlər uşağının immun sisteminin zəifləməsini əsas gətirərək cərrahi müdaxiləyə görə narahat olurlar.Bu narahatlıq səbəbsiz deyildir. Damaq badamcıqları boğazda əsas təhlükəsizlik qapısı rolunu oynayır və immunitetin yaranmasında iştirak edir. Lakin, nəzərə almaq lazımdır ki, damaq badamcıqlarının xroniki vəziyyəti bu işi yerinə yetirməyə artıq qadir olmur və bədəndə infeksiya evinə çevrilir. Bir də yadda saxlamaq lazımdır ki, xroniki tonsillit ağır xəstəlik olmaqla yanaşı, peritonsillar revmatik, abses xəstəlik, ürəkdə və böyrəklərdə ağırlaşmaları ilə təhlükəlidir.
Bir qayda olaraq, damaq badamcığı çıxarıldıqdan sonra,xroniki infeksiya ocagi aradan qaldırıldığı üçün uşaq iltihabi xəstəliklərlə daha az-az xəstələnir.
Əməliyyata mane olacaq hər hansı ciddi sağlıq problemi olmayan yetkinlərdə də badamcıq əməliyyatı icra edilir.
Əməliyyat Otorinolarinqoloq Dr. Mayıl Əliyev tərəfindən icra edilmişdir.
Anestezioloq Dr. Ələddin Kərimov.
Əməyi keçən hər kəsə təşəkkürlər!

