Otorinolarinqologiya (LOR)

12.01.2018Sağlamlıq məqalələri

Qulaq kiri qulağı xarici təsirlərdən, mikroblardan qoruyan vasitədir

Qulaq kiri qulağı xarici təsirlərdən, mikroblardan qoruyan vasitədir. Qulaq kiri normal hallarda öz-özünə qulaqdan xaric edilir, edilmədiyi təqdirdə arzuolunmaz nəticələr verir.

Qulaq kiri normal miqdarda olduğu müddətdə qulaq üçün qoruyucu, anti-bakterial, sürüşkən xüsusiyyətlərə malikdir.

Bir çox insan qulaq kirini təmizləmək üçün pambıqlı çubuqlardan istifadə edir. Ancaq bu qulaq kirini xaric etmək əvəzinə daha da dərinə hərəkət etməsinə səbəb olar.

Normal halda qulaq kanallarının təmizlənməsi vacib deyildir. Bununla yanaşı, qulaq yolu ifrazatının çox olduğu və insanın eşitməsinə maneə törətdiyi təqdirdə həkimə müraciət etməyiniz vacibdir.

Qulaq kiri aşağıdakılara səbəb ola bilər

  • Qulaqda ağrı
  • Qulaqda küy
  • Qaşınma

Qulağı təmizləmədə heç bir yad cisimdən istifadə edilməməlidir. Qulaq kirinin təmizlənməsində yanlış atılan addım eşitmə problemlərinə səbəb ola bilər. Ev şəraitində qulaq kirinin təmizlənməsi nəticə vermirsə, insanın həyat keyfiyyətinə mənfi təsir edirsə, həkimə müraciət etmək vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə