31.01.2018Sağlamlıq məqalələri

Melatonin beyindəki epifiz vəzinin ifraz etdiyi hormondur

Melatonin beyindəki epifiz vəzinin ifraz etdiyi hormondur. Bu hormonun normal yuxunun təmin olunmasında xüsusi rolu vardır.

Yaş artdıqca melatoninin ifrazı aşağı düşür. Bundan əlavə, melatonin ifrazının azalmasına aşağıda qeyd olunanlar səbəb olur:

  • Stress
  • Spirtli içki
  • Həddən artıq çay və qəhvə qəbulu
  • İşıq
  • Səs
  • Kompüter arxasında çox oturmaq

Melatonin hormonunun antioksidant xüsusiyyəti, bədən hüceyrələrini yeniləyən funksiyası vardır. Demək olar ki, bədən hüceyrələrinin hər birinə təsir edə bilir, həmçinin, bədən DNT-lərini özünə məxsus bir şəkildə qoruyur və bir problem olduğu halda onların yenilənməsinə köməklik edir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə