Huşunu itirmə zamanı beynin anlama mərkəzi üçün cavabdeh olan hissəsi çalışmır
Huşunu itirmə zamanı beynin anlama mərkəzi üçün cavabdeh olan hissəsi çalışmır. Huşunu itirən insana ilk yardımı göstərərkən edilən yanlışlar və doğrular aşağıda qeyd olunmuşdur.
Yanlış: Huşunu itirən insana birinci sillə vurmaq lazımdır
Doğru: Qısa müddətli huşunu itirmiş şəxsin ilk olaraq nəbzi və tənəffüsü yoxlamaq lazımdır.
Yanlış: Huşunu itirən insanın başını qaldırmaq
Doğru: Huşunu itirən insanın ayaqlarını 30-40 sm qaldırmalı, beyinə qan getməsinə yardım etməli.
Yanlış: Huşunu itirmiş insana su içirtməyə çalışmaq
Doğru: Huşunu itirmiş insanı ayıltmaq üçün soyuq su ilə isladılmış dəsmalı yanaqlarına toxundurmalı, naşatırla və ya sirkə yardımı ilə ayılmasına yardım etməli. Huşunu itirmiş insana su içirməyə çalışdıqda su nəfəs borusunu tuta və insanın boğulmasına səbəb ola bilər.

