24.01.2018Sağlamlıq məqalələri

Hamiləlik zamanı bir çox məqamlara diqqət edilməlidir

Hamiləlik dövründə qadınlar dərman vasitələrinin qəbuluna diqqət etməlidirlər. Çünki bu dövrdə qəbul olunan dərmanlar həm anaya, həm də uşağa mənfi təsir göstərə bilər. Ona görə də hamiləlik ərzində həkimlə məsləhətləşmədən dərman qəbul edilməsi tövsiyə edilmir.

Hamiləlik boyunca çəkiyə xüsusi diqqət yetirilməlidir. Ümumi olaraq hamiləlik zamanı əvvəlki çəkidən 9–12,5 kq artıq olması normaldır. 20-26-cı hamiləlik həftəsinə qədər də 2-2.5 kq almaq idealdır.

Qısa səyahətlər etmək mümkündür. Məcburiyyət olarsa, uzun səyahət zamanı hər iki saatdan bir piyada gəzmək lazımdır. Təyyarə ilə səyahət zamanı isə qoruyucu kəmərdən istifadə etmədən arxaya uzanıb rahat oturmaq lazımdır.

Hamiləlik zamanı siqaret, içki, narkotik kimi zərərli vasitələrdən uzaq durmaq məsləhətdir.

Hamilələr rahat, bədəni sıxmayan geyimlərə üstünlük verməlidirlər. Hamiləlik zamanı beli və qarın nahiyəsini sıxan geyimlər və kəmərlərdən istifadə, dar şalvar və cinslər geyinmək ana və uşağın səhhəti üçün təhlükəli ola bilər. Bundan əlavə, hündür dabanlı ayaqqabılar yıxılma təhlükəsini artırdığı üçün rahat, ayağı sıxmayan, 2-3 sm hündürlüyü olan ayaqqabılar geyinmələri tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə