12 May Beynəlxalq Tibb bacıları günüdür
12 May Beynəlxalq Tibb bacıları günüdür. İlk dəfə tibb bacıları gününün qeyd olunması 1953-cü ildə təklif edilmişdir. 1965-ci ildən 12 may Beynəlxalq Tibb Bacıları günü kimi qeyd edilir.
Beynəlxalq Tibb bacıları gününün 12 mayda qeyd edilməsi bu peşənin inkişafında xüsusi xidmətləri olmuş Florens Naytıngeyl ilə bağlıdır. Belə ki, Florens Naytıngeyl 12 may 1820-ci ildə dünyaya gəlmişdir.
Gəncə Beynəlxalq Xəstəxanası olaraq bütün tibb bacılarını təbrik edir, onlara çətin məsuliyyətli işlərində uğurlar arzu edirik!

