Yalnız bir gün, 30 Noyabr tarixində Gəncə Beynəlxalq Xəstəxanasında
Yalnız bir gün, 30 Noyabr tarixində Gəncə Beynəlxalq Xəstəxanasında Türkiyədən dəvət olunmuş məşhur Ümumi Cərrah Professor Dr. Osman Yükselin rəhbərliyi ilə 1-ci “Ümumi cərrahiyyədə laparoskopiya” Workshop-u keçiriləcəkdir. Workshop çərçivəsində konfrans zalı və əməliyyatxana arasında canlı interaktiv görüntülü və səsli bağlantı qurulacaqdır. Quraşdırılan kameralar vasitəsilə iştirakçılar əməliyyatı canlı olaraq izləyə və suallarını birbaşa əməliyyatxanaya ünvanlaya biləcəklər.


