Ürək çatışmazlığı, ürəyin orqanizmin ehtiyacı olduğu qədər qan dövranını təmin etməməsi nəticəsində özünü büruzə verir
Ürək çatışmazlığı, ürəyin orqanizmin ehtiyacı olduğu qədər qan dövranını təmin etməməsi nəticəsində özünü büruzə verir. Buna bağlı olaraq ağciyərlər və orqanizmin müxtəlif nahiyələrində maye toplanması ilə müşahidə olunur. Vaxtında aşkar edilib uyğun şəkildə müalicə edilərsə, xəstələr uzun və keyfiyyətli həyat yaşayarlar.
Ürək çatışmazlığı əlamətləri
Təngnəfəslik: Ağciyərdə maye toplanması ilə meydana gəlir. Xəstəliyin erkən mərhələsində əsasən hərəkət və fiziki aktivlik nəticəsində özünü göstərirsə, sonrakı mərhələlərində xəstə istirahət edərkən də özünü büruzə verir.
Öskürək və ya nəfəs alıb verəndə başqa bir səsin olması: bu da ağciyərdə maye toplanması nəticəsində olur.
Çəkidə dəyişiklik: Ürək çatışmazlığı olan xəstələrdə sürətlə çəki artımı olur. Son 3 gündə çəkisi 2 kq artan xəstələr həkimə müraciət etməlidir.
Ayaqlarda şişkinlik: orqanizmdə maye toplanması ayaqlarda şişkinlik (ödəm) olur.
İştahasızlıq
Gecə tez-tez sidiyə çıxma
Yorğunluq
Baş dönməsi
Nəbzin sürətli olması
Xəstəliyin diaqnozu kliniki əlamətlər, fiziki müayinə, EKQ, qan analizləri, döş qəfəsi rentgeni, EXOkq, Stress test, MRT, angioqrafiya vasitəsilə təyin edilir.
Müalicəsi xəstənin vəziyyəti dəyərləndirilərək uyğun şəkildə dərmanlarla, qida pəhrizi ilə aparılır.