31.07.2017Sağlamlıq məqalələri

Sistit sidik kisəsinin iltihablaşmasıdır

Sistit sidik kisəsinin iltihablaşmasıdır. Sidik axarında ən çox rast gəlinən xəstəliklərdəndir.

Cəmiyyətdə əsasən yetkin insanlarda rast gəlinir. Sistit qadınlarda kişilərlə müqayisədə daha çox rast gəlinir. Əsasən 20-40 yaş aralığında olan qadınlar sistitdən əziyyət çəkir.

Sistitin növləri

  • Kəskin sistit
  • Xroniki sistit
  • İnterstisial sistit

Sistitin əlamətləri

  • Dizuriya (sidik ifrazı zamanı yanma və qaşınma)
  • Pollakuriya (tez-tez və az sidik ifrazı)
  • Bulanıq və kəskin qoxulu sidik
  • Hematuriya (sidikdə qan)
  • Qasıq və göbəyin altında ağrı

Diaqnoz kliniki əlamətlər və analizlər əsasında təyin edilir. Müalicəsi dərmanla edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə