Otorinolarinqologiya (LOR)

22.02.2017Sağlamlıq məqalələri

Sağlam həyat tərzi üçün hər zaman formada olmaq vacibdir

Sağlam həyat tərzi üçün hər zaman formada olmaq vacibdir. Bunun üçün xüsusi pəhrizlərdən istifadə edilir.

Arıqlamaq üçün effektiv üsullardan biri də qulaq akupunturasıdır. Akupunktura müalicəsi başlanğıcda həftədə 2 dəfə tətbiq edilir, daha sonra həftədə 1 dəfə edilir. Qulaqdakı müəyyən bioloji nöqtələrə özəl cihazla təsir edilir. Daha sonra akupunktura iynələri ilə bu nöqtələrə yerləşdirilir və hər həftə akupunktura müalicəsi yenilənir. Akupunktura demək olar ki ağrısızdır. Akupunktura müalicəsi ilə aşağıdakı nəticələr əldə edilir:

Aclıq və həddən artıq iştaha nəzarət altına alınır, çox yemək istəyinin qarşısı alınır. - Mədə turşuluğunun artmasının qarşısı alınır. - Müalicə nəticəsində pəhrizin yaratdığı halsızlıq və yorğunluq aradan qalxır, xəstə özünü gümrah hiss edir.

Maddələr mübadiləsi tənzimlənir. - Akupunktura vasitəsilə xəstənin tövsiyyə edilmiş pəhrizə uyğunlaşması daha da asanlaşır.

Akupunktura müalicəsi vasitəsilə hər ay təxminən 4-6 kq arıqlamaq mümkündür. Əldə olunmuş çəkini qorumaq üçün müəyyən edilmiş vaxt intervalında akupuntura müalicəsi edilməlidir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə