Radiologiya

10.02.2017Sağlamlıq məqalələri

Refleksoterapiya bədənin bioloji aktiv nöqtələrinə xüsusi akupunktur iynələri ilə təsir edərək immun sisteminin güclənməsinə yardım edən müalicə növüdür

Refleksoterapiya bədənin bioloji aktiv nöqtələrinə xüsusi akupunktur iynələri ilə təsir edərək immun sisteminin güclənməsinə yardım edən müalicə növüdür. Refleksoterapiya müalicəsi zamanı bədənin bütün orqanizm daxili resurslarını birləşdirərək bütün orqanları sağalmaq üçün cəlb edir. Bu cür güclü təsir tez və effektiv nəticə verir.

Refleksoterapiya dedikdə iynə terapiyası və ya iynəbatırma başa düşülür.

Müalicə seanslarını keçdikdən sonra mütəmadi olaraq əlavə dərman qəbulu ehtiyacı azalır. Refleksoterapiyanın üstünlükləri:

  • Tez və nəzərə çarpan effekt verir
  • Digər müalicə üsullarını tamamlayır
  • Refleksoterapiya ağrı vermir və heç bir dərman preparatalarından istifadə edilmir
  • Ağrıkəsici effekti var
  • Heç bir əksgöstəricisi yoxdur

Refleksoterapiya ən qədim əməliyyatsız müalicə üsullarından biridir, bu müalicənin 5000 yaşı var. Ona görə də bu müalicə prosedurunu etdirməkdən qorxmaq əhəmiyyətsizdi, çünki iynələr ağrısızdı və effektiv nəticə verir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə