20.09.2017Sağlamlıq məqalələri

Qadınlar iki ədəd yumurtalığa sahibdirlər, onlar badam ölçüsündədir və uşaqlığın hər iki tərəfində yerləşirlər

Bir çox qadınlarda yumurtalıq kistləri olur. Yumurtalıq kistləri əsasən kiçik olur və hər hansı narahatlığa səbəb olmur. Onların əsas hissəsi müalicə edilmədən bir neçə ay ərzində öz-özünə yox olurlar.

Əsasən yumurtalıq kistləri heç bir əlamətlə özünü büruzə vermir. Ancaq böyük ölçülü kistlər aşağıdakı əlamətlərlə xarakterikdir:

  • Qasıq nahiyəsində ağrı
  • Qarın boşluğunda doluluq, ağırlıq hissi
  • Şişkinlik

Yumurtalıqda kistlərin yaranması əsasən aybaşı dövrünə bağlıdır. Yumurtalıqda kistlər müayinə nəticəsində aşkar edilə bilər. Dəqiq diaqnoz üçün hamiləlik analizi, USM, CA 125 qan analizi, Laparoskopik müayinə edillir.

Müalicəsi xəstənin vəziyyətinə bağlı olaraq dərman və cərrahi üsulla edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə