01.02.2017Sağlamlıq məqalələri

Övrə dəridə zəif qabarıq, çəhrayı-qırmızı rəngdə və əsasən qaşınma ilə özünü büruzə verir

Övrə dəridə zəif qabarıq, çəhrayı-qırmızı rəngdə və əsasən qaşınma ilə özünü büruzə verir. Övrə 6 həftədən az müddət davam edərsə kəskin övrə, 6 həftədən çox davam edərsə xroniki övrədir.

Övrənin daha çox rast gəlinən səbəbləri

  • Qida məhsulları (balıq, balıq kürüsü, süd, yumurta, qoz, sitrus meyvələri, pomidor, şokolad vəs.)
  • Qida əlavələri
  • Dərman preparatları
  • Həşərat dişləmələri
  • Parazitlər
  • İnfeksion agentlər
  • Fiziki faktorlar
  • Psixogen faktorlar
  • Genetik meyillilik

Övrə yoluxucu xəstəlik deyildir.

Müalicəsində əvvəlcə ona səbəb olan faktorun müəyyən olunması vacibdir. Övrəyə səbəb olan başqa bir xəstəlik aşkar edildiyində əvvəlcə o müalicə edilir, bundan sonra xəstəyə prick test (allergik dəri sınağı) müayinəsi edilərək səbəb olan allergen təyin olunur.

Övrənin müalicəsində müxtəlif preparatlardan istifadə olunur, onlardan ilkin istifadə olunanları antihistaminlərdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə