Laparoskopik cərrahiyyə 0,5-1,5 sm ölçüsündə olan kiçik kəsikdən incə borular (trokar) və kamera vasitəsilə həyata keçirilən əməliyyat növüdür
Laparoskopik cərrahiyyə 0,5-1,5 sm ölçüsündə olan kiçik kəsikdən incə borular (trokar) və kamera vasitəsilə həyata keçirilən əməliyyat növüdür. Laparoskopik cərrahiyyənin, açıq cərrahiyyə ilə müqayisədə bir çox üstünlükləri vardır:
- Ağrının az olması
- Qanaxma və infeksiya ehtimalının az olması
- Qısa müddətdə yaranın sağalması
- Xəstənin qısa zamanda normal həyatına davam etməsi
- Əməliyyatdan sonra izlərin nəzərə çarpmayacaq qədər kiçik olması
Müasir dövrdə bir çox əməliyyatlar laparoskopik üsulla edilir. Buna misal olaraq öd kisəsi, qasıq yırtığı, apendisit və s. əməliyyatları göstərmək olar.
