Göz tənbəlliyi gözdə və göz sinirində heç bir problem olmamasına baxmayaraq bir gözün digər gözə nisbətən və hər iki gözün zəif görməsidir
Göz tənbəlliyi gözdə və göz sinirində heç bir problem olmamasına baxmayaraq bir gözün digər gözə nisbətən və hər iki gözün zəif görməsidir. Yeni doğulmuş körpədə beyin inkişaf etdikcə görmə də inkişaf edir. Bu dövrdə görməyə mane olan olan hər hansı bir səbəb varsa göz tənbəlliyi yaranır.
Göz tənbəlliyinin səbəbləri
- Gözün işığı qırma qüsuru
- Çəpgözlük
- Digər göz xəstəlikləri
Göz tənbəlliyi həkim müayinəsi ilə müəyyən edilir. Göz tənbəlliyi hər yaşda özünü büruzə verə bilər. Vaxtında aşkar edilmiş göz tənbəlliyinin müalicəsi daha effektiv nəticə verir. Buna bağlı olaraq 1-3 yaş arasında uşaqları heç bir narahatlıq olmasa da göz müayinəsi edilməsi vacibdir.
Erkən dövrdə aşkar edilmiş göz tənbəlliyi müalicəsi eynəklə edilir. Göz tənbəlliyinin müalicəsində cərrahi üsuldan istifadə edilmir.
