26.08.2017Sağlamlıq məqalələri

Əncir zəngin vitamin tərkibi ilə yay fəslinin ən çox yeyilən meyvələrindən biridir

Əncir zəngin vitamin tərkibi ilə yay fəslinin ən çox yeyilən meyvələrindən biridir. Sodium, kalium, maqneziumla zəngindir. Bununla yanaşı əncirin tərkibində C, B3, B6, B2 və K vitaminləri vardır. Tərkibində çox az dərəcədə yağ olan əncir ürək damar və həzm sisteminə çox faydalıdır.

Əncirin ən vacib xüsusiyyətlərindən biri sümüklərin möhkəm və sağlam olmasında müsbət təsir etməsidir.

Təzə əncir və bir o qədər də quru əncir təbii antibiotik rolunu oynayır. Tərkibindəki antioksidantlar qan və bağırsağın təmizlənməsinə yardımçı olurlar. Bununla yanaşı mədədə xora yaranmasının qarşısını alır. Qəbizliyə qarşı ən təbii vasitələrdən biridir, təzyiqin normal səviyyədə olmasında rol oynayır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə