Endokrinologiya

27.04.2017Tədbirlər və layihələr

Bədənin normal çəkidə olması üçün ehtiyac olduğu qədər yemək

Bədənin normal çəkidə olması üçün ehtiyac olduğu qədər yemək yeyilməlidir. Əgər ehtiyac olduğundan daha çox yeyilirsə, artıq kalorilər bədəndə yağ olaraq toplanır və artıq çəkiyə səbəb olur. Yeyilən qidadakı karbohidratlar bədəndə qlikogen olaraq toplanır ki, bunun miqdarı 300-500 qr-a qədərdir. Davamlı olaraq karbohidratların çox olduğu qidaların yeyilməsi nəticəsində karbohidratlar yağ formasında bədəndə toplanır və artıq çəkiyə səbəb olur.

Yetkin yaşlarda artıq çəkiyə səbəb olan başlıca faktor hərəkətsizlik və həddən çox qidalanmadır. Bundan əlavə, yaş artdıqca kökəlməyə səbəb olan digər faktorlar da vardır. Qadınlarda artıq çəkiyə səbəb olan hamiləlik, əmizdirmə, menapauza dövrüdür. Qadınlarda doğuş sayı artdıqca qalıcı artıq çəkilərin olma riski çoxalır. Tiroid vəzi çatışmazlığı (hipotiroidizm), reaktiv hipoqlisemiya adlanan qan şəkərinin aşağı olması, böyrəküstü vəzin həddən artıq kortizol ifraz etməsi və hormon pozğunluqları da artıq çəkinin əsas səbəblərindəndir. Evləndikdən sonra nizamlı qidalanma, siqaretin tərgidilməsi də çəkini artıran amillərdəndir.

Artıq çəki hər yaşda yarana bilər. Artıq çəki sadəcə estetik problem yaratmır, bununla yanaşı diabet, ürək-damar xəstəlikləri və bəzi növ xərçəng xəstəliklərinə səbəb olur.

Artıq çəkiyə yanlış yemək davranışları da səbəb olur

  • Sürətli yemək
  • Yeməyi böyük tikələr şəklində yemək - Az çeynəmək
  • Yemək arasında da çərəz yemək
  • Axşam yeməyindən sonra yatanadək yemək
  • Az su içmək

Artıq çəkidən qorunmaq və rahat yaşamaq üçün sağlam qidalanma vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.