Otorinolarinqologiya (LOR)

13.03.2017Sağlamlıq məqalələri

Allergik rinit-burnun selikli qişasının iltihab prosesidir, hansı ki aşağıdakı simptomlarla özünü büruzə verir:

  • Burun tutulması
  • Burun axması
  • Qaşınma
  • Asqırma

Allergik rinitlərin 2 forması ayırd edilir

  • Fəsli allergik rinitlər
  • İlboyu davam edən allergik rinitlər

Fəsli allergik rinitlərin törədicisi çiçək tozcuğu allergenlərdir. İlboyu davam edən allergik rinitlərin törədicisi məişət allergenlərdir. Məişət allergenlərinə ev tozu, kitab tozu, yastıq tükü və xüsusən də məişət gənəciklərini göstərmək olar.

Allergik rinitin müalicəsi üçün əvvəlcə buna səbəb olanı ayırd etmək vacibdir. Diaqnoz prick-test vasitəsilə qoyulur. Bundan sonra uyğun şəkildə müalicəyə başlanılır

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə